Şəhid Zamin Vahid oğlu Rəhimovun ailəsinə ziyarət
DÜNYA Məktəbinin müəllimləri və V sinif şagirdləri Vətən Müharibəsində iştirak edən, Cəbrayılda dünyaya gələn, elə orada da şəhidlik məqamına yüksələn Zamin Vahid oğlu Rəhimovun ailə üzvlərini, yadigarı olan bir qız övladını ziyarət etdilər.
Şəhidimizin 5 yaşında qızı və həyat yoldaşı Zaminin ata-anasının himayəsində yaşayırlar.
Kollektivimiz ziyarətə gedərkən şəhidin kiçik qızı üçün sovqatlar apardılar.