Tariximiz
Dünya məktəbinin yaranma tarixi
Dünya Məktəbi Azərbaycanda ilk özəl universitet olan Xəzər Universitetinin yaradıcısı, professor Hamlet İsaxanlı tərəfindən 1998 – ci ildə XƏZƏR Universiteti nəzdində təsis edildi. Məktəb sonrakı inkişaf mərhələsində iki təsisçi – Hamlet İsaxanlı və Nailəxanım İsayeva tərəfindən yenidən quruldu.
Dünya Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-2013 – cü tədris ilində “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür.
Məktəbdə tədris 3 dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. Məktəbin əməkdaşları və müəllimləri müxtəlif ölkələrdə təlim keçmiş, təhsil və tədrisdə beynəlxalq təcrübəni tətbiq edən mütəxəssislərdir. Məktəbin məzunları dünyanın tanınmış ali təhsil ocaqlarında təhsil alırlar.
2016-cı il sentyabr ayından etibarən Sumqayıt şəhərində də Dünya məktəbi fəaliyyət göstərməyə başlamışdır.
Həm Bakı, həm də Sumqayıt Dünya məktəbində şagirdləri mümkün qədər çox öyrətmək əvəzinə, fikirləşməyi öyrətmək prinsipi əsas götürülür və tədris prosesinin təşkili bu yöndə qurulur.