AZ EN

Xarici Dillər Departamenti

Dünya Məktəbində xarici dillərin tədrisinə çox önəm verilir. Məktəbdə fəaliyyət göstərən Xarici Dillər Departamentinin əsas missiyası xarici dillərin tədrisinin dünya standartlarına uyğun qurulmasına və yüksək keyfiyyətinin təmin edilməsinə nail olmaqdır.
İngilis dili məktəbin II tədris dilidir və xarici dərsliklər əsasında öyrədilir.
Məktəbdə ingilis dili ilə yanaşı alman, rus, ispan, çin dilləri də tədris edilir.
Xarici dillər interaktiv üsulla öyrədilir, şagirdlərin əldə etdikləri biliklər həyat hadisələri ilə əlaqələndirilir.
Şagirdlərin xarici dillərdə nitq bacarığını inkişaf etdirmək üçün məktəbdə müntəzəm olaraq Danışıq klubları fəaliyyət göstərir.
Şagirdlərin xarici dil bilikləri oxu, yazı, dinləmə, danışıq bacarıqları üzrə qiymətləndirilir.
Xarici dillərdə təşkil edilən debatlar, keçirilən gecələr, tamaşalar, festivallar şagirdlərin xarici dil öyrənməyə həvəsini artırır və dil öyrənmə qabiliyyətlərini inkişaf etdirir.