Təhsil
“Təhsil həyata hazırlıq deyil
təhsil həyatın özüdür”.
Con Dyui, filosof
Dünya Məktəbində təhsil məktəbin fəlsəfəsini və missiyasını əks etdirərək təhsilin bütün pillələrində hərtərəfli inkişaf edən fərdlər, cəmiyyəti irəli apara bilən dünya vətəndaşları yetişdirmək məqsədini daşıyır.
Təhsil 3 pillədən ibarətdir:
- İbtidai təhsil (I-IV siniflər)
- Ümumi orta təhsil (V-IX siniflər)
- Tam orta təhsil (X-XI siniflər)
Dünya Məktəbində təhsil 3 bölmə üzrə Azərbaycan, rus və ingilis dillərində aparılır.
Dünya Məktəbinin əməkdaşlığa, dostluğa, səmimiyyətə, qarşılıqlı hörmətə əsaslanan təlim sistemi müəllimə deyil, şagirdə yönəlib. Tədris prosesinin mərkəzində məhz şagird dayanır. Məktəb şagirdlərə öz potensiallarını kəşf etmək, onu qiymətləndirmək, məntiqi və tənqidi təfəkkürə əsaslanmaq, həyatda məsuliyyətli, inamlı və yaradıcı olmaq kimi vacib keyfiyyətləri aşılayır.
Məktəbdə şagirdlərin öz hüquqlarını anlaması, fikirlərini sərbəst ifadə etməsi üçün açıq və işgüzar mühit hökm sürür.
Dərs prosesinin elmi-nəzəri səviyyəsini yüksəltmək üçün Dünya Məktəbində müəllim-şagird münasibətlərinin düzgün qurulmasına xüsusi fikir verilir.
Şagirdlərdə məktəbə, müəllimlərə inam hissi güclüdür və onlar məktəbin nə qədər önəmli olduğunu dərk edirlər.
Onlar əsl bilik və bacarığın qazanılması üçün məktəbdə hər bir şəraitin olduğunu görür və bundan bəhrələnirlər.