AZ EN
Tibbi yardım

Məktəbdə şagirdlərin sağlamlığı həkim nəzarəti altındadır. Səhhətində problem olan şagirdlərə ilkin tibbi yardım göstərilir, valideynlərlə əlaqə saxlanılır, lazımi həkim məsləhətləri verilir. Siniflərdə şagirdlərin gigiyenik qaydalara əməl etmələri, təmizliyə riayət etmələri hər zaman həkimin diqqət mərkəzindədir.
Şagirdlərə müntəzəm olaraq sağlamlığı qorumaq, ziyanlı vərdişlərə meyil etməmək, yoluxucu xəstəliklər və bu xəstəliklərdən qorunma yolları haqqında məlumat verilir.
Sağlam həyat tərzinin mahiyyətini şagirdlərə anlatmaq məqsədi ilə tədbirlər keçirilir. Tədbirə həkim valideynlər də dəvət olunur. Onlar da şagirdlərə sağlamlığın qorunması ilə əlaqədar öz məsləhətlərini verirlər.
VI, VII siniflərdə dərs ilinin I yarımilində ilkin tibbi yardım dərsi tədris olunur. Şagirdlərə öz səhhətlərinə qayğı göstərə bilməkləri üçün vacib tibbi biliklər və bacarıqlar aşılanır.

Psixoloji xidmət

Məktəbdə peşəkar psixoloqlar fəaliyyət göstərirlər. Şagirdlər və valideynlərlə fərdi söhbətlər aparılır. Onlara lazımi psixoloji dəstək göstərilir. Valideynlərin istəyi ilə şagirdlər şəxsiyyətin analizi testindən keçirilir. Onların xarakter tipi müəyyənləşdirilir, fərdi xüsusiyyətləri aşkarlanır, zəif və güclü tərəflər dəqiqləşdirilir. Tədrisdə geriliklərin aradan qaldırılması üçün düzgün yanaşma yolları müəyyən edilir.

Mühafizə xidməti

Məktəbin mühafizə xidməti hər an şagirdlərin və əməkdaşların təhlükəsizliyini təmin edən iş rejimi ilə çalışır. Sinif otaqları, dəhlizlər, bütünlükdə məktəb videomüşahidə sisteminin nəzarətindədir.
Mütəxəssislər tərəfindən müntəzəm olaraq məktəbin təxliyə planı əsasında şagirdlərə təbii fəlakətlərdən və qəzalardan necə xilas olmaq, qorunmaq barədə təlimlər keçirilir.

Nəqliyyat xidməti

Şagirdlərin daşınması Safe Service MMC tərəfindən həyata keçirilir. Zamanında lazımi ünvana çatdırılma üçün müasir və rahat avtobuslar istifadəyə verilmişdir. Şirkətin təcrübəli sürücüləri və təlimli müşayiətçilər şagirdlərin servis daxilində rahatlıq və təhlükəsizliyinin təminatçılarıdır.
Baş ofis: Bakı şəhəri, Əziz Nəzərov küçəsi ev 1, mənzil 2
Tel: (012) 555 12 34
050 392 12 34 (koordinator)
Facebook:
Safe Service LLC
Instagram: safe_ _ _ service

Yeməkxana

Məktəbimizin yeməkxanasında "Just Catering" şirkəti xidmət göstərir.
Səlahiyyətli təmsilçi:

"Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Departamentində qeydə alınmış, yüksək keyfiyyətli xidmət göstərən şirkətik.
Qida sahəsində tələb olunan standartlara əməl etdiyimiz kimi, xidmət göstərən personalımıza da müntəzəm olaraq təlimlər verir, onları lazımi bilgi və texnologiyalardan xəbərdar edirik.
Təhlükəsiz və sağlam olduğunu təsdiq edən sertifikatlı ərzaqlardan istifadə edilməsini təmin edirik.
Aşpazlar heyəti peşəkarlıq sertifikatlarına malik olan seçilmiş əməkdaşlardır.
Bakteriyaların qarşısını almaq üçün hər səhər qida mütəxəssislərimiz bütün yeməklərdən nümunə alır və 72 saat saxlayırlar.
Hər səhər hazırlanmış yeməklərin dadına baxılır və problemlər varsa, dərhal həll edilir.
Xüsusi pəhrizdə olan şagirdlər qeydə alınır və onlara uyğun yeməklər hazırlanır.
Valideynlərin şikayət və təklifləri səbirlə dinlənilir. Problemlər dərhal aradan qaldırılır.
Hər ayın menyusu öncədən Dünya Məktəbinin elektron sistemində yerləşdirilir".
Tel: (050) 888 01 34 (Baş Ofis)
(055) 323 46 60 (Səlahiyyətli təmsilçi)