AZ EN

Gəncə Dünya Məktəbi

Dünya məktəbləri şəbəkəsinin bir qolu olan Gəncə Dünya məktəbi Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Gəncə şəhərində, Atabəylər prospekti 76 ünvanında yerləşir. Açılış tarixi 15 fevral 2021- ci ilə təsadüf edən Gəncənin ilk özəl məktəb kompleksinin təsisçiləri professor, akademik Hamlet İsaxanlı və həyat yoldaşı maarifçi-pedaqoq Nailə xanım İsayevadır.
Gəncə Dünya məktəbi Azərbaycan təhsil sistemində mühüm yer tutan Xəzər Universiteti və 1998 -ci ildən fəaliyyətə başlayan Bakı Dünya məktəbinin qarşılıqlı əməkdaşlığı və dəstəyi ilə ilk günlərdən şəhər ictimaiyyətinin və ziyalılarının böyük marağına səbəb olmuşdur. 4 mərətəbəli bina, qonaq evi, idman kompleksi ,geniş bağça və yaşıllıq ərazidən ibarət olan məktəb kampusu şəhər kənarında məxsusi memari dizayni ilə də fəqrlənir. Üçdilli təlim-tərbiyə ocağı olan Gəncə Dünya məktəbində valideyn övladını azərbaycan dilində, rusca və ingiliscə oxutmaq imkanına malikdir. Eyni zamanda bunu da vurğulamaq lazımdır ki, Dünya məktəbi məhşur təhsil proqramı olan Beynəlxalq Bakalavr (IB: International Baccalureate) təşkilatı tərəfindən akkreditasiya edilmişdir və dolayısı ilə Gəncə Dünya məktəbi Gəncənin həm də ilk IB məktəbi sayılır. Şagirdlərə məktəbimizdə birinci sinifdən başlayaraq son sinfə qədər yüksək keyfiyyətli beynəlxalq proqramla təhsil almaq şansı verilir. Belə ki, bu proqramla oxuyan məzunlar IB diplomu ala və inkişaf etmiş ölkələrin ən yaxşı ali məktəblərində təqaüd proqramları qazana, təhsil ala bilərlər. Gəncə Dünya Məktəbinin məqsədi şagirdlərin müstəqil ,tənqidi düşünmələri üçün motivasiya və şərait yaratmaq, onları həvəsləndirərək öyrənmək ehtirası aşılamaq, yüksək keyfiyyətə nail olmaq üçün sağlam rəqabət bacarıqlarını formalaşdırmaqdan ibarətdir. Məktəbin missiyası isə həm şagirdləri, həm də müəllimləri uğura aparacaq mühit yaratmaqdır.Belə ki məktəb,şagirdlərə gündəlik həyat hadisələrinə məntiqlə düşünüb cavab verməyi öyrətməyə çalışır. Gəncə Dünya məktəbi şagirdləri mənəvi,sosial və akademik bacarıqlarını inkişaf etdirib cəmiyyətə müsbət töhvələr verə bilən fərdlər olsunlar.

Gəncə Dünya Məktəbinə foto ekskursiya