Dünya IB Məktəbində Türkiyənin xaricdə təhsil sahəsində öndə gedən şirkətlərinin biri ilə görüş
11 Fevral, saat 11:00-da Dünya IB Məktəbində Türkiyənin xaricdə təhsil sahəsində öndə gedən şirkətlərinin biri ilə görüş baş tutdu. Görüşdə 5 təhsil eksperti ilə dünyanın ən prestijli təhsil müəssələrinə qəbul şərtləri, müraciət qaydaları və təqaüd imkanları haqqında müzakirələr aparıldı.
Qeyd etmək istərdik ki, sözügedən şirkətin Harvard, Oxford, Cambridge, MIT, Yale kimi universitetlərə qəbul üzrə böyük təcrübələri mövcuddur.
Həmçinin, görüş zamanı təhsil ekspertləri müxtəlif mövzularda sizi maraqlandıran suallara ətraflı cavab verdi.